BURADA REKLAMINIZ OLA
BİLƏR

Lənkəranda ana və oğlunu, daha sonra özünü bıçaqlayan şəxsdən xəbər var

Şirvan Apellyasiya Məhkəməsində Lənkəranın Tükəvilə kəndində ana və oğlunu bıçaqlamaqda təqsirləndirilən Firqət Ağazadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.  

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qasım Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 

Məhkəmənin növbəti iclası noyabrın 26-na təyin edilib.

 

Qeyd: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Firqət Ağazadə 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırlatma: Lənkəran rayonunun Tükəvilə kənd sakini, 2003-cü il təvəllüdlü Firqət Fuad oğlu Ağazadə rayonun Separadi kənd sakini, 1994-cü il təvəllüdlü Valeh Nadir oğlu Məmmədova məxsus fermada onun anası 1957-ci il təvəllüdlü Cəvahir Mürsəl qızı Məmmədovanı bıçaqlayıb. Anasının səsinə gələn Valeh Məmmədov da F.Ağazadənin hücumuna məruz qalıb.

 

Sonra isə Firqət Ağazadə özünə bıçaqla xəsarət yetirib.

 

Hər üç şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Firqət Məmmədov tibbi yardımdan göstəriləndən sonra polisə təhvil verilib.

 

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.2.3 maddəsi ilə cinayət işi açılıb.

 

Kamal Məmmədov

 

 

Tarix: 15 Noyabr 2024, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin