BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə maşınla piyadanı vuraraq öldürən sürücü ilə bağlı qərar çıxardı

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeronda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elvin Qarazadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.  

 

Xatırlatma: Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 03 may 2023-cü il tarixdə saat 13:15 radələrində Abşeron rayonu ərazisində qeydə alımıb.

 

Belə ki, Qarazadə Elvin Qara oğlu idarə etdiyi “Mercedes Benz C180” markalı avtomobillə rayonun Xırdalan şəhəri H.Əliyev prospektində üzü Xırdalan dairəsi istiqamətində yolu keçmək istəyən piyada Xırdalan sakini Əlişzadə Kahin Kazım oğlunu vurub. K.Əlişzadə aldığı xəsarətlərdən bir gün sonra evdə ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

Tarix: 15 Noyabr 2024, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin