BURADA REKLAMINIZ OLA
BİLƏR

Saxta aksiz markalardan istifadə edən sahibkara cəza verildi

Abşeron Rayon Məhkəməsində saxta aksiz markalarının və məcburi nişanların dövriyyəsində təqsirləndirilən Nizami Babayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə ona 2500 manat məbləğində cərimə cəzası təyin edilib.

 

İttihama görə, Nizami Babayev 2022-ci il ərzində və 2023-cü ilin yanvar ayında istintaqa məlum olmayan mənbədən əldə etdiyi 129 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkini sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu – Abşeron rayonunda yerləşən anbarda saxlayıb. 

 

Məlumata görə, onun sahibkarlıqla məşğul olduğu mağazası fəaliyyət göstərir. 

 

Kamal Məmmədov

 

Tarix: 15 Noyabr 2024, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin