BURADA REKLAMINIZ OLA
BİLƏR

"Hizbullah"ın sözçüsü öldürüldü

"Hizbullah" təşkilatının informasiya xidmətinin rəhbəri Məhəmməd Afif Beyrutun mərkəzindəki Ras-ən-Nəba bölgəsinə İsrailin hava hücumu nəticəsində öldürülüb.

 

Bu barədə Livanın təhlükəsizlik xidmətindəki mənbələrə istinadən "Al Jadeed" telekanalı məlumat yayıb.

 

Məlumata görə, Afif Suriyayönlü Ərəb Sosialist İntibah Partiyasının qərargahının yerləşdiyi binada olub və bina ən azı iki raket zərbəsinə məruz qalıb.

 

Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, hücum zamanı üç mülki şəxs də yaralanıb.

 

Oxu.az

"Hizbullah"ın sözçüsü öldürüldü

Tarix: 17 Noyabr 2024, 17:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin