BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş arvadını şirniyyat mağazasında döyən qısqanc ərə elektron qolbaq taxıldı

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Namiq Dadaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə bu il Sumqayıt şəhərində yerləşən şirniyyat mağazalarından birində qeydə alınıb.

 

Belə ki, Namiq Dadaşov keçmiş həyat yoldaşı, zərərçəkmiş Kəmalə Səfərova (şərti) ilə qadına məxsus şirniyyat mağazasının içərisində məişət və qısqanclıq zəminində mübahisə edib. Bu zaman o, qadının sağ qulaq nahiyəsinə əli ilə qəsdən zərbələr vuraraq, ona yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib.

 

Hadisədən sonra Namiq Dadaşov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

 

Tarix: 20 Noyabr 2024, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin