BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan idmançısı ikinci dəfə Avropa çempionu oldu

Azərbaycan ağırlıqqaldıranı Elşən Məmmədov İsrailin Eylat şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyinin qalibi adını qazanıb.

 

Pravda.az-ın xəbərinə görə, o, yaşı 15-ə qədər olan atletlərin mübarizəsində bütün rəqiblərini qabaqlayıb.

 

61 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz birdən qaldırma hərəkətində 106 kq nəticə ilə gümüş medal qazanıb. Məmmədov təkanla qaldırmada da fəxri kürsüyə yüksəlib. 129 kq çəkinin öhdəsindən gələn atlet bürünc medala sahib çıxıb.

 

Toplam 235 kq (106+129) nəticə ilə Elşən Məmmədov Avropa birinciliyinin qalibi adına layiq görülüb.

 

Bu, onun ikinci belə nəticəsidir. Məmmədov ötən il İtaliyanın Milan şəhərində keçirilən Avropa birinciliyində də qızıl medal əldə edib.Apasport

Tarix: 8 Dekabr 2019, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin