BURADA REKLAMINIZ OLA
BİLƏR

Dənizkənarı Bulvar İdarəsinin məhkəmə işi davam edir

Vətəndaş Süleymanov Kamran (ad şərti-red) Orxan oğlunun "Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxsi və "Duzz" MMC-yə qarşı iddiası əsasında məhkəmə çəkişməsi davam edir.

 

Pravda.az-ın xəbərinə görə, noyabrın 25-də Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi ilə hazırlıq iclası keçirilib, bəzi məlumatlar dəqiqləşdirilib. Növbəti iclas dekabrın 17-də keçiriləcək.

 

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir.

 

Qeyd: "Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxsin İdarə Heyətinin sədri Xanlar Adil oğlu Ağalarov, "Duzz" MMC-nin qanuni təmsilçisi isə Nərmin İlqar qızı Muradovadır.

 

Xəyal Quliyev

Tarix: 26 Noyabr 2024, 08:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin