BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfə artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 6 milyard 603,9 milyon ABŞ dolları məbləğində satış olub.


Pravda.az bu barədə AMB-yə istinadən xəbər verir.


Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.


Təkcə bu ay isə valyuta satışının məbləği 487,1 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 14,1 % çoxdur.

Tarix: 28 Noyabr 2024, 14:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin