BURADA REKLAMINIZ OLA
BİLƏR

Ucuz mənzil almayaq istəyənlərə ŞAD XƏBƏR

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində beş ədəd çoxmənzilli yaşayış binası tikəcək.

 

Bununla bağlı agentlik hazırlıqlara başlayıb.

 

Belə ki, binaların 2,31 ha torpaq sahəsində tikilməsi planlaşdırılır. Bununla yanaşı, ərazidə mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri də həyata keçiriləcək.

 

MİDA sözügedən işlərin icrasının 30.087.079,22 AZN-ə (30 milyon 87 min 79 manat 22 qəpik) başa gələcəyini proqnozlaşdırıb./Milli.az

Tarix: 28 Noyabr 2024, 16:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin