BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda əmisini ov tüfəngi ilə öldürən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən Elməddin Fətəliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, E.Fətullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2023-cü ilin oktyabrında Xətai rayonu, NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin aralarında yaranmış mübahisə zamanı əmisi, 1971-ci il təvəllüdlü Arif Fətəliyevi ov silahından bir dəfə atəş açaraq qəsdən öldürüb. E.Fətullayev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

 

Tarix: 29 Noyabr 2024, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin