BURADA REKLAMINIZ OLA
BİLƏR

“Söhbət”ə gələn şəxs tanışını bıçaqladı - MƏHKƏMƏ

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sahib İbrahimovun barəsindəki dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

 

İttihama görə, hadisə 06 iyul 2023-cü il tarixdə, saat 20 radələrində Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Sahib İbrahimov tanışı, zərərçəkmiş Elşad Rəsulovla əvvəllər aralarında yaranmış olan mübahisəyə aydınlıq gətirmək üçün söhbət edib. Bu zaman o, bıçağın kəsici-deşici hissəsi ilə zərərçəkmiş şəxsin qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona xəsarət yetirib.

 

Hadisədən sonra Sahib İbrahimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermişdi. 

 

Qeyd: Sahib İbrahimov əvvəllər xuliqanlıq əməli törətdiyinə görə hbs edilərək məhkumluq həyatı yaşayıb.

 

Kamal Məmmədov

 

Tarix: 29 Noyabr 2024, 09:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin