BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını və qohumunu öldürmək istəyən şəxslə bağlı qərar çıxarıldı

Sumqayıt Apellyasiya Məhkəməsində Şamaxıda 2 qadına bıçaqlamaqda təqsirləndirilən Novruz Babayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Şamaxı rayon sakinləri - 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub. Hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Babayevanın əri, 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb. Novruz Babayeva qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi üzrə ittiham irəli sürülüb.


Kamal Məmmədov 

Tarix: 29 Noyabr 2024, 10:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin