BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan və İndoneziya bu şəxsləri qarşılıqlı vizadan azad edəcək

Azərbaycan və İndoneziya diplomatik və xidməti pasportların sahiblərini vizadan azad edəcək.

 

Bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Tarix: 29 Noyabr 2024, 12:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin