BURADA REKLAMINIZ OLA
BİLƏR

"Pepsico Azərbaycan" məhkəmə qarşısında

"Pepsico Azərbaycan" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.

 

Qeyd: MMC-nin qanuni təmsilçisi Şahid Ağali oğlu Muxtarovdur.

 

Xəyal Quliyev

Tarix: 29 Noyabr 2024, 13:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin