BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək

Milli Məclisin iclasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə edilərək qəbul olunub.



Pravda.az-ın Musavat.com-un məlumatına görə, layihəyə əsasən, öz arzusu ilə işdən çıxan ədliyyə işçilərinə birdəfəlik müavinət veriləcək.



Belə ki, arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Tarix: 29 Noyabr 2024, 17:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin