BURADA REKLAMINIZ OLA
BİLƏR

“Son zəng”də bayağı musiqiyə görə işdən çıxarılan direktorun əmək müqaviləsi bərpa olunmayıb - RƏSMİ

Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin işdən çıxarılan direktoru Gülsafa Abbasovanın Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, vəzifəsinə geri qaytarılması ilə bağlı bildiririk ki, bu, birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qərarıdır.

 

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, məhkəmə prosesi hazırda davam edir: “Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yuxarı instansiya məhkəməsinə müraciət ediləcək”.

 

Xatırladaq ki, MÜTDA-nın “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən təlimatın müvafiq bəndini (tədbirdə istifadə olunan musiqilərdə bayağı ifadələrin işlədilməməsi) pozduğuna görə agentliyin əmrinə əsasən Gülsafa Abbasova ilə bağlanmış əmək müqaviləsinə 24.06.2024-cü il tarixdə xitam verilib.

Tarix: 29 Noyabr 2024, 18:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin