BURADA REKLAMINIZ OLA
BİLƏR

Həsən Ömərovun rəhbərlik etdiyi "Bakı Telefon Rabitəsi" yenə cərimələndi

Xəzər Rayon Məhkəməsində "Bakı Telefon Rabitəsi" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim İlham Cəfərzadənin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimələnib.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci (Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni: geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: Şirkətin rəhbəri Həsən Hüseyn oğlu Ömərovdur.

 

Xəyal Quliyev

Tarix: 29 Noyabr 2024, 19:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin