BURADA REKLAMINIZ OLA
BİLƏR

"Legion Hospitality" barəsində qərar verildi - Vergi borcu da var

Yasamal Rayon Məhkəməsində "Legion Hospitality" MMC-yə yazılan inzibati protokola baxış iclası keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçirilən iclasda şirkətə cərimə cəzası kəsilib.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: 2022-ci ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 260020 AZN olan şirkətin qanuni təmsilçisi Rafael Tofiq oğlu Hacıyevdir. MMC-nin dövlətə 25 310 AZN borcu var. 

 

Xəyal Quliyev

Tarix: 29 Noyabr 2024, 20:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin