BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur müğənni 12 yaş kiçik ərindən boşanır

Məşhur müğənni Ebru Gündeş həyat yoldaşı Murat Özdemirdən boşanır.

 

Sənətçi Muratla birlikdə yaşadığı evi də ayırıb. Bu bardə "Söylemezsem Olmaz" verilişində bildirilib.

 

Cütlüyün ayrılmasına səbəb özünü milyonçu kimi tanıdan Muratın pulunun tükənməsi olub.

 

Məlumatlara görə, Ebru Gündeşin xərcləri çoxdur və o bunu artıq qarşılaya bilmir.

 

Müğənni Dubaydakı evində qalıb, Murat isə neçə gündür oteldə qalır. Onlar artıq vəkillərinə müraciət də ediblər.

 

Bir neçə gün cütlük məhkəməyə çıxaraq boşanacaq.

 

Xatırladaq ki, Ebru Gündeşlə Murat Özdemir bu ilin fevralın 27-də ailə qurub. Ebru həyat yoldaşından 12 yaş böyükdür./Sfera.az

Tarix: 29 Noyabr 2024, 21:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin