BURADA REKLAMINIZ OLA
BİLƏR

"Fortis Group" yenə cərimələnir

"Fortis Group" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 324-cü (Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Goranboy Rayon Məhkəməsinin hakimi Toğrul Məmmədovun icraatındadır. Baxış iclası dekabrın 9-da keçiriləcək.

 

Qeyd: Nizamnamə kapitalı 25 000 000 AZN olan MMC-nin qanuni təmsilçisi Asif Ziyadxan oğlu İbrahimovdur. Şirkət inşaat materiallarının istehsalı ilə məşğuldur.


Xəyal Quliyev

Tarix: 2 Dekabr 2024, 08:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin