BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadını vurub öldürən "BakuBus" sürücüsü qərardan narazıdır

Paytaxtın Xətai rayonu NZS qəsəbəsi ərazisində 76 yaşlı qadını vuraraq öldürməkdə təqsirləndirilən "BakuBus" sürücüsü Famil İsgəndərovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 5-nə təyin edilib.

 

Qeyd: 32 saylı marşrut xətti üzrə çalışan sürücü Famil İsgəndərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib. Xətai Rayon Məhkəməsi ona 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il yarım azadlıqdan məhrumetmə cəzası verib. Sürücünün cəzasını məntəqə tipli müəssisədə çəkəcəyi bildirilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.

 

Xatırlatma: Hadisə 2024-cü il yanvarın 25-də Xətai rayonu NZS qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında baş verib. Famil İsgəndərov idarə etdiyi "BakuBus" MMC-yə məxsus BMC markalı avtobusla 1948-ci il təvəllüdlü İrina Rzayevanı vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, yanvarın 29-da vəfat edib.

 

Kamal Məmmədov

 

Tarix: 2 Dekabr 2024, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin