BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 1,2 milyonluq dələduzluq edən şəxs yenidən kassasiya şikayəti verib

Bakıda dələduzluqda təqsirləndirilən Seyhun Salahovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 3-nə təyin edilib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Salahov 10 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Ali Məhkəmə də qərarı dəyişdirmədən qüvvədə saxlayıb.

 

İttihama görə, S.Salahov ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edib. O,  ümumilikdə 1 milyon 200 min manat dələduzluqda təqsirləndirilir.

 

Kamal Məmmədov

 

 

Tarix: 2 Dekabr 2024, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin