BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 3 yaşlı uşaq dəm qazından boğuldu

Bərdədə 3 yaşlı uşaq dəm qazından boğularaq ölüb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Bərdə şəhər, Təbriz küçəsində qeydə alınıb.

 

Hüseynli Ayşən Etibar qızı anası ilə vanna otağında qazdan zəhərlənib. Hadisə yerinə çağırılan həkimlər ananın - 1992-ci il təvəllüdlü Hüseynova Aynur Şahin qızının həyatını xilas etsələr də, 3 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.APA

Tarix: 8 Dekabr 2019, 20:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin