İşsizlikdən Sığorta Fondunun 2025-cü il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun gəlir və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat proqnozlaşdırılır. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də 17 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq.
Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
O qeyd edib ki, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub.
"Belə ki, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verildiyi hallarda vətəndaşa ödənilir.
Bu zaman həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyatdan keçməsi vacibdir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir"
V.Bayramov həmçinin əlavə edib ki, müraciət edən şəxsin əmək müqaviləsinin müddətinin qutarmasına görə işdən azad olunursa işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 24 aydan, hüquqi şəxs ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisinin dəyişməsi və digər hallar ilə əlaqədar hallarda işdən azad olunarsa, işsizliyin başlamasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olması əsas tələblərdəndir.
"Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.
Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər"
22 Yanvar 08:40
22 Yanvar 08:35
22 Yanvar 08:35
22 Yanvar 08:31
22 Yanvar 08:30
22 Yanvar 08:30
22 Yanvar 08:28
22 Yanvar 08:25
22 Yanvar 08:21
22 Yanvar 08:20
22 Yanvar 08:19
22 Yanvar 08:18
22 Yanvar 08:13
22 Yanvar 08:08
22 Yanvar 08:03
22 Yanvar 07:41
22 Yanvar 07:40
22 Yanvar 07:38
22 Yanvar 07:36
22 Yanvar 07:34
22 Yanvar 07:31
22 Yanvar 07:24
22 Yanvar 00:42
22 Yanvar 00:32
22 Yanvar 00:31
22 Yanvar 00:23
21 Yanvar 23:34
21 Yanvar 23:14
21 Yanvar 23:11
21 Yanvar 23:07
21 Yanvar 22:21
21 Yanvar 21:52
21 Yanvar 21:19
21 Yanvar 20:49
21 Yanvar 20:47
21 Yanvar 20:00
21 Yanvar 19:47
21 Yanvar 19:43
21 Yanvar 19:41
21 Yanvar 19:36
21 Yanvar 19:34
21 Yanvar 18:54
21 Yanvar 18:37
21 Yanvar 18:26
21 Yanvar 18:05
21 Yanvar 18:03
21 Yanvar 18:00
21 Yanvar 17:53
21 Yanvar 17:52
21 Yanvar 17:49
21 Yanvar 17:42
21 Yanvar 17:39
21 Yanvar 17:37
21 Yanvar 17:36
21 Yanvar 17:34
21 Yanvar 17:06
21 Yanvar 16:25
21 Yanvar 16:19
21 Yanvar 15:53
21 Yanvar 15:51
21 Yanvar 15:17
21 Yanvar 15:10
21 Yanvar 15:06
21 Yanvar 14:56
21 Yanvar 14:50
21 Yanvar 13:56
21 Yanvar 13:51
21 Yanvar 13:14
21 Yanvar 13:07
21 Yanvar 13:04
21 Yanvar 13:02
21 Yanvar 12:54
21 Yanvar 12:51
21 Yanvar 12:49
21 Yanvar 12:47
21 Yanvar 12:44
21 Yanvar 12:42
21 Yanvar 12:41
21 Yanvar 12:10
21 Yanvar 11:46
21 Yanvar 11:37
21 Yanvar 11:34
21 Yanvar 11:23
21 Yanvar 11:22
21 Yanvar 11:20
21 Yanvar 11:17
21 Yanvar 11:17
21 Yanvar 11:15
21 Yanvar 11:05
21 Yanvar 11:03
21 Yanvar 10:59
21 Yanvar 10:57
21 Yanvar 10:56
21 Yanvar 10:54
21 Yanvar 10:42
21 Yanvar 10:37
21 Yanvar 10:22
21 Yanvar 10:20
21 Yanvar 10:10
21 Yanvar 10:06
21 Yanvar 09:56
21 Yanvar 09:50
21 Yanvar 09:44
21 Yanvar 09:38
21 Yanvar 09:27
21 Yanvar 09:21
21 Yanvar 09:14
21 Yanvar 09:12
21 Yanvar 09:08
21 Yanvar 09:04
21 Yanvar 09:02
21 Yanvar 08:59
21 Yanvar 08:58
21 Yanvar 08:56
21 Yanvar 08:51
21 Yanvar 08:46
21 Yanvar 08:40
21 Yanvar 08:35
21 Yanvar 08:30
21 Yanvar 08:30
21 Yanvar 08:25
21 Yanvar 08:20
21 Yanvar 08:15
21 Yanvar 08:11
21 Yanvar 08:07
21 Yanvar 08:02
21 Yanvar 01:01
21 Yanvar 01:00
21 Yanvar 00:08
21 Yanvar 00:04
21 Yanvar 00:01
21 Yanvar 00:00
20 Yanvar 23:58
20 Yanvar 23:56
20 Yanvar 23:55
20 Yanvar 23:52
20 Yanvar 22:44
20 Yanvar 22:26
20 Yanvar 22:22
20 Yanvar 22:04
20 Yanvar 21:51
20 Yanvar 21:07
20 Yanvar 21:02
20 Yanvar 19:12
20 Yanvar 19:08
20 Yanvar 19:04
20 Yanvar 19:01
20 Yanvar 18:36
20 Yanvar 18:05
20 Yanvar 17:55
Ən son xəbərləri səhifəmizdən də izləyin