Ən son xəbərləri səhifəmizdən də izləyin
Şirvan Apellyasiya Məhkəməsində "Bioloji Təbabət" klinikasının Masallı rayonundakı filialının cərrahı Qəhrəman Aydın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: "Bioloji Təbabət" klinikasının neyrocərrahı Qəhrəman Aydının barəsində Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq-vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibətinin mühüm zərər vurulmaya səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə bildirilib ki, bel fəqərəsi yırtığından əziyyət çəkən 1970-ci il təvəllüdlü A.Adıgözəlovanın sol ayağı zəif işləyib, sağ ayağında isə problem olmayıb. O, 2023-cü ildə klinikanın Masallı filialında fizioterapevt işləyən Günel Nəsibovanın xidmətindən istifadə edib və özünü yaxşı hiss edib. Lakin daha sonra ağrıları yenidən başladığı üçün klinikaya təkrar üz tutub. Həmin vaxt G.Nəsibova A.Adıgözəlovaya belindəki yırtığın böyüdüyünü bildirərək cərrahi əməliyyat məsləhət görüb.
Bundan sonra pasiyent müayinələrdən keçib və klinikanın cərrahı Qəhrəman Aydın tərəfindən əməliyyat edilib. A.Adıgözəlova narkozdan ayıldıqdan sonra hər iki ayağının fəaliyyətini tam itirdiyi məlum olub. Təyin edilmiş ekspertizadan sonra Q.Aydının cərrahi əməliyyat vaxtı A.Adıgözəlovanın belindəki siniri kəsdiyi məlum olub. Zərərçəkmiş qadın əlil arabasından istifadə etməyə məcbur qalıb.
Məhkəmədə Qəhrəman Aydın ekspertiza rəyi ilə razı olmadığını bildirib. O, A.Adıgözəlovanın müalicəsi və sağalması üçün tibbi üsulların mövcud olduğunu deyib.
Zərərçəkmiş tərəf isə cərrahın onu ömürlük şikəst etdiyini bildirərək cəzalandırılmasını, dəymiş maddi və mənəvi zərərə görə 30 min manat təzminat ödəməsini tələb edib.
Masallı Rayon Məhkəməsinin hökmü ilə Qəhrəman Aydın 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib. Ona aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası verilib. Əlavə olaraq mülki iddia qismən təmin edilib. Cərrahdan 15 226 manat pul tutularaq A.Adıgözəlovaya ödənilməsinə qərar verilib.
Kamal Məmmədov
26 İyun 15:10
26 İyun 14:37
26 İyun 13:35
26 İyun 13:29
26 İyun 13:26
26 İyun 13:20
26 İyun 12:35
26 İyun 12:11
26 İyun 12:07
26 İyun 12:01
26 İyun 11:55
26 İyun 11:24
26 İyun 11:11
26 İyun 10:57
26 İyun 10:53
26 İyun 10:49
26 İyun 10:35
26 İyun 10:33
26 İyun 10:27
26 İyun 10:27
26 İyun 10:26
26 İyun 09:21
26 İyun 08:55
26 İyun 08:42
26 İyun 08:36
26 İyun 00:01
25 İyun 23:43
25 İyun 23:37
25 İyun 23:32
25 İyun 23:01
25 İyun 21:29
25 İyun 21:27
25 İyun 20:51
25 İyun 20:50
25 İyun 20:48
25 İyun 19:37
25 İyun 19:35
25 İyun 19:02
25 İyun 18:52
25 İyun 18:17
25 İyun 18:02
25 İyun 17:38
25 İyun 17:32
25 İyun 17:29
25 İyun 17:17
25 İyun 17:11
25 İyun 17:07
25 İyun 17:03
25 İyun 16:56
25 İyun 16:42
25 İyun 15:56
25 İyun 15:53
25 İyun 15:50
25 İyun 15:44
25 İyun 15:35
25 İyun 15:21
25 İyun 15:15
25 İyun 15:12
25 İyun 15:06
25 İyun 15:00
25 İyun 14:50
25 İyun 14:47
25 İyun 14:45
25 İyun 14:42
25 İyun 14:38
25 İyun 14:22
25 İyun 14:17
25 İyun 13:36
25 İyun 13:27
25 İyun 13:27
25 İyun 13:16
25 İyun 13:14
25 İyun 13:02
25 İyun 12:58
25 İyun 12:55
25 İyun 12:36
25 İyun 12:34
25 İyun 12:32
25 İyun 12:12
25 İyun 12:10
25 İyun 12:02
25 İyun 11:58
25 İyun 11:56
25 İyun 11:52
25 İyun 11:31
25 İyun 11:29
25 İyun 11:10
25 İyun 11:09
25 İyun 11:08
25 İyun 11:06
25 İyun 11:05
25 İyun 10:37
25 İyun 10:33
25 İyun 10:19
25 İyun 10:07
25 İyun 10:00
25 İyun 09:58
25 İyun 09:56
25 İyun 09:53
25 İyun 09:52
25 İyun 09:31
25 İyun 09:19
25 İyun 09:17
25 İyun 09:15
25 İyun 09:12
25 İyun 09:03
25 İyun 08:51
25 İyun 08:44
25 İyun 08:43
25 İyun 08:33
25 İyun 08:24
25 İyun 08:22
25 İyun 08:19
25 İyun 08:17
25 İyun 08:17
25 İyun 08:15
25 İyun 08:14
25 İyun 08:13
25 İyun 08:09
25 İyun 00:05
24 İyun 23:57
24 İyun 22:08
24 İyun 21:51
24 İyun 21:46
24 İyun 21:41
24 İyun 20:27
24 İyun 20:10
24 İyun 19:23
24 İyun 19:21
24 İyun 19:19
24 İyun 19:03
24 İyun 19:00
24 İyun 18:59
24 İyun 18:23
24 İyun 18:15
24 İyun 18:14
24 İyun 18:12
24 İyun 18:09
24 İyun 18:04
24 İyun 17:56
24 İyun 17:46
24 İyun 17:44
24 İyun 17:42
24 İyun 17:32
24 İyun 17:30
24 İyun 17:28
24 İyun 17:22
24 İyun 17:14
24 İyun 17:09
24 İyun 16:59