BURADA REKLAMINIZ OLA
BİLƏR

"10 Line Azerbaijan" barəsində də tədbir görüldü

Yasamal Rayon Məhkəməsində "10 Line Azerbaijan" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla şirkət cərimələnib.

 

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. 

 

Xəyal Quliyev

Tarix: 5 Dekabr 2024, 08:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin