BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərenerji Təchizat" məcburi auditdən yayındı

"Azərenerji Təchizat" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. 

 

İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Günel İsmayılovanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 5 Dekabr 2024, 08:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin