BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaz kəsiləcək

Sakinlərin NƏZƏRİNƏ: Bakının bir qəsəbəsində qaz olmayacaq


Təmir-quraşdırma işləri aparılan zaman Ceyranbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 13:00-dan işlər başa çatanadək Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı "Ceyranbatan" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Tarix: 5 Dekabr 2024, 12:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin