BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan XİN rəhbəri isveçli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Maria Stenerqard ilə görüşüb.

 

Bu barədə Ceyhun Bayramov “X” paylaşımında bildirib.

 

Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.

 

Məlumata görə, nazirlər cari regional vəziyyəti və Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.

 

Qeyd edilib ki, Ceyhun Bayramov Ermənistan konstitusiyasında ərazi iddiası kimi qalan problemləri İsveç nazirinin diqqətinə çatdırıb.

 

“Həmkarımı münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, o cümlədən Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddialar kimi qalan çağırışlar barədə məlumatlandırdım”, - Ceyhun Bayramov paylaşımında qeyd edib.

Tarix: 5 Dekabr 2024, 18:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin