BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov isveçrəli rəsmi ilə regional sülh gündəliyini müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Nazirliyinin dövlət katibi Aleksandr Fasel ilə görüşüb.


Bu barədə Pravda az-aAzərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.


Görüşdə Azərbaycan və İsveçrə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, ATƏT çərçivəsində əməldaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.


İsveçrə tərəfi, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsinin sülh prosesinə maneə törətdiyi diqqətə çatdırılıb.


Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Tarix: 5 Dekabr 2024, 21:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin