BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda leysan olacaq

Dekabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, dekabrın 7-si saat 10:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb.

 

Düşən yağıntının miqdarı 3 mm-dək olub.

 

Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün, axşam saatlarından ayın 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.

Tarix: 7 Dekabr 2024, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin