BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycana qar yağır - Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək

Dekabrın 8-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 08-i saat 11:00-a olan məlumatına əsasən ölkənin bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır.

 

Qar örtüyünün hündürlüyü Qubada (Qrız) 9 sm, Şahbuzda 5 sm, Qusarda Laza) 2 sm olub.

 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub.

 

Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Qubada 16 m/s-dək güclənib.

 

Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Naftalan, Qobustan, Şamaxı, Qax (Sarıbaş), Yevlax, Cəfərxan, Hacıqabul, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50 m-dək məhdudlaşıb.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

 

Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 09-u gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Tarix: 8 Dekabr 2024, 11:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin