BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda daha iki nəfər dəm qazından zəhərləndi

Tovuzda dəm qazından zəhərlənmə olub.

 

Pravda.az-ın xəbərinə görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.

 

1976-cı il təvəllüdlü kənd sakini İsmayılova Yeganə Tofiq qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.

 

Digər zəhərlənmə hadisəsi rayonun Aşağı Mülkülü kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Kamilova Vüsalə Xəyyam qızı da hamam otağında zəhərlənib. 34 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu deyilir. Hər iki faktla bağlı araşdırma aparılır.APA

Tarix: 8 Dekabr 2019, 23:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin