BURADA REKLAMINIZ OLA
BİLƏR

Anasını bıçaqlayan gəncin məhkəməsi başlayır

Göygöldə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rəvan Yusifovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Bəhruz Müslümovun icraatına verilib.

 

Qeyd: Hadisə Göygöl rayonunda yerləşən Heydər Əliyev parkında  qeydə alınıb.

 

Belə ki, 2007-ci il təvəllüdlü R.Yusibov anası, 1989-cu il təvəllüldlü Səlvinə Nəsibovaya bir neçə  bıçaq xəsarəti yetirib.

 

Daha sonra R.Yusibov saxlanılaraq istintaqa təhvil verilib.

 

Kamal Məmmədov

 

Tarix: 10 Dekabr 2024, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin