BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı vuraraq öldürən sürücüyə hökm oxundu

Sabunçu Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Kərim Hacılının (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.



Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.



Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətə azadlıqdan məhrum edilib.



İttihama görə, hadisə 15 sentyabr 2022-cı il tarixdə, saat 21:55-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.


Belə ki, 1960-cı il təvəllüdlü Kərim Hacılı idarə etdiyi “Mersedes Benz E-200” minik markalı avtomobillə hərəkətdə olarkən yolu soldan sağa doğru keçmək istəyən piyada, 1951-ci il təvəllüdlü Nizam Bəşirovu (şərti) vurub. Ağır bədən xəsarətləri alan yaralı Sabunçu rayon 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.



Hadisədən sonra Kərim Hacılı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 


Tarix: 11 Dekabr 2024, 09:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin