BURADA REKLAMINIZ OLA
BİLƏR

“Range Rover”lə vurulan piyada “Prius”un təkərləri altında qaldı - MƏHKƏMƏ

Sabunçu Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Sakit Fərəclinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə bu il Sabunçu rayonu, Zabrat-Maştağa şossesində qeydə alınıb.


Belə ki, Sakit Fərəcli idarə etdiyi “Range Rover” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidində yolu sağdan sola keçən piyada M.M.-ni (şərti) vurub. Bu zaman həmin şəxs əks istiqamətli hərəkət zolağında hərəkətdə olan "Toyota Prius” markalı avtomobilin altına düşərək ölüb.


Hadisədən sonra Sakit Fərəcli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 11 Dekabr 2024, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin