BURADA REKLAMINIZ OLA
BİLƏR

Dənizdə bir sıra istehsalat sahələrindən təxliyələr həyata keçirildi

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Bu barədə SOCAR-dan məlumat verilib.

 

Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

 

Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyələr həyata keçirilib, mövcud vəziyyət nəzarətdə saxlanılır.

Tarix: 14 Dekabr 2024, 11:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin