BURADA REKLAMINIZ OLA
BİLƏR

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidməti dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

 

Bu barədə Pravda.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Şamaxı, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Hacıqabul, Salyan, Neftçala, Daşkəsən, Göygöl, Gəncə, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax, Ağdam, Ağdərə, Mingəçevir, Şəki, Balakən. Qax, Zaqatalada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Tarix: 14 Dekabr 2024, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin