BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda və Biləsuvarda məcburi köçkün qəsəbələrində bina və yaşayış evləri təmir ediləcək - Yarım milyondan çox vəsait xərclənəcək

Bakı şəhəri və Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində çox mərtəbəli binanın giriş meydançası, pilləkən qəfəsləri, dəhlizləri və fərdi yaşayış evləri təmir ediləcək.

 

Pravda.az-ın xəbərinə görə, təmir işlərinə 600 000 AZN vəsait xərclənəcək.

 

Bu məqsədlə Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi "VK GROUP N1" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

 

Qeyd: Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Tural Mehman oğlu Xəlilzadədir. Hazırda dövlətə 1 212 AZN borcu olan şirkət əsasən Elm və Təhsil Nazirliyinin elan etdiyi tenderlərin qalibi olub. 

 

Cabir Həsənov

Tarix: 17 Dekabr 2024, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin