BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı vuraraq öldürən "London taksi"sinin işi Ali Məhkəmədə

Bakıda avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Rəfail Qəhrəmanovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 20-nə təyin edilib.

 

Qeyd: Hadisə 13 mart 2022-ci il tarixdə saat 22:00 radələrində paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Bakı şəhər sakini Rəfail Qəhrəmanov idarə etdiyi "London taksi"si ilə Zabrat qəsəbəsindən Abşeron rayonu Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyadalar - 1992-ci il təvəllüdlü Nurlan Hümbətov və 1999-cu il təvəllüdlü Namiq Nəcəfovu vurub.

 

Hər iki piyada xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Nurlan Hümbətov orada ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Daha sonra Rəfail Qəhrəmanov cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 17 Dekabr 2024, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin