BURADA REKLAMINIZ OLA
BİLƏR

"Real"ın rəhbərinin ölkədən çıxışına "stop" qoyulur

"Real" Birgə Müəssisəsinin rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulur.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi edib.

 

Mahiyyəti xususi icraat - vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat). İş Kənan Hüseynovun icraatındadır.

 

Qeyd: Nizamnamə kapitalı 276 000 AZN olan müəssisənin qanuni təmsilçisi Sammy Barmasdır. Şirkətin dövlətə olan borcu 3 541 manatdır.

 

Xəyal Quliyev

Tarix: 17 Dekabr 2024, 10:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin