Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən müasir cəmiyyətdə məlumat etibarlılığının müəyyən edilməsi, media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması, xüsusilə məlumatların təsir əhatəsində olan və həssas istifadəçi qrupu hesab edilən gənclərin tənqidi düşünmə, eləcə də təhlil bacarıqlarının inkişaf etdirilməsi, media istehlakçılarının məlumat təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq media savadlılığı istiqamətində vacib addımlar atılır. Məhz bu addımların davamı olaraq ölkəmizdə 16-22 dekabr tarixləri “Media Savadlılığı” Həftəsi keçirilir.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Pravda.az-a açıqlamasında deyib ki, media savadlılığı ilk növbədə cəmiyyətin, dövlətin və insanların informasiya təhlükəsizliyi məsələsidir.

“Hər bir cəmiyyət özünün informasiya təhlükəsizliyi probleminin qayğısına qalmalı, bunun üçün önləyici tədbirlər görməlidir. Bu mənada media savadlılığı ən etibarlı müdafiə və təminat mexanizmlərindən biridir. Media savadlılığı cəmiyyəti ziyanlı və məqsədyönlü, təxribatçı informasiyalardan qorumaq mexanizmidir. Media savadlılığı səviyyəsinə malik olan cəmiyyətlər adətən heç bir təxribatçı informasiyaların təsiri altına düşmür. Media savadlılığı olan yerdə insanlar istənilən informasiyanı qəbul etməzdən öncə onun hansı mənbələrdən, hansı məqsədlərlə hazırlandığını, nə dərəcədə həqiqət olduğunu, dövlətin və cəmiyyətin mənafeyi ilə nə qədər səsləşdiyinin fərqinə varırlar. Hər bir kəsdə informasiya ilə davranış ilkin olaraq "Bu informasiya nə dərəcədə həqiqətdir və hansı məqsədlə hazırlanıb?" sualı ilə başlayırsa, o deməkdir ki, insanlar informasiyalara media savadlılığı nöqteyi-nəzərindən yanaşmağı bacarırlar. Media savadlılığı informasiyaların hazırlanmasından tutmuş, onun yayılmasına qədər bir neçə mərhələdən ibarət uzun bir prosesə səriştəli münasibət, informasiya mənbələrinə etibarlı çıxışın təmin olunması, cəmiyyətin dürüst informasiyalarla təmin olunması, eləcə də feyk informasiya ilə həqiqi informasiyanın bir-birindən fərqləndirilməsi bacarığının aşılanması deməkdir. Cəmiyyət feyk informasiya ilə həqiqi informasiyanı bir-birindən ayırmağın nə qədər zəruri və incə bir məsələ olduğunu qəbul etsə, onda ziyanlı informasiyalardan həm cəmiyyəti, həm də özümüzü qoruya bilərik. Media savadlılığı həm də media nümayəndələrinin, medianın səriştəlilik səviyyəsinin göstəricisidir. Eyni zamanda informasiya mənbələri ilə daha səmərəli, effektiv əməkdaşlıq mexanizminin qurulması deməkdir. Buna görə də media savadlılığının müəyyən səviyyəsinə can atmaq hər bir media orqanının, jurnalistin, bütövlükdə cəmiyyətin, dövlət orqanlarının vacib istiqamətlərindən biri olmalıdır”, - baş redaktor qeyd edib.
Aytəkin Qardaşova
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
Ən son xəbərləri səhifəmizdən də izləyin