BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermis faciəli hadisə ilə əlaqədar Prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.

 

Pravda.az xəbər verir ki, dövlət başçısı başsağlığı məktubunda qeyd edib: “Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı”.

 

Prezident İlham Əliyev faciə ilə əlaqədar Frank-Valter Ştaynmayerə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Tarix: 21 Dekabr 2024, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin