BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov Belqradda Səfirlər Konfransında çıxış etdi

Serbiyaya işgüzar səfəri zamanı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Səfirlər Konfransında çıxış edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, nazir çıxışında Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji və humanitar aspektlərinə, həmçinin ümumi regional problemlərə, o cümlədən ikili standartlara, beynəlxalq hüququn seçmə tətbiqinə toxunub.

 

Hər iki ölkənin xarici siyasətini istiqamətləndirən suverenlik və ərazi bütövlüyü prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb.

 

Ceyhun Bayramov Azərbaycanın Avropanın enerji şaxələndirilməsində mühüm rolu, o cümlədən Avropa ilə Mərkəzi Asiyanı Xəzər və Qara dəniz hövzələri vasitəsilə birləşdirəcək gələcək yaşıl enerji planlarından da ətraflı danışıb.

Tarix: 23 Dekabr 2024, 13:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin