BURADA REKLAMINIZ OLA
BİLƏR

Aleksandar Vuçiç Ceyhun Bayramovu qəbul etdi

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

 

Görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlığından irəli gələn iqtisadiyyat, enerji, əlaqə, humanitar, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif mövzular müzakirə edilib.

 

Ceyhun Bayramov regionda münaqişədən sonrakı bərpa və sülh səyləri ilə bağlı son yeniliklər barədə məlumat verib.

Tarix: 23 Dekabr 2024, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin