BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan: İsrail işğal etdiyi ərazilərdən geri çəkilmək məcburiyyətində qalacaq

"İsrailin Suriyaya qarşı hücumları bu ölkədə baş tutan inqilaba kölgə salma məqsədi daşıyır".

 

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

 

Prezident qeyd edib ki, İsrail tez və ya gec işğal etdiyi ərazilərdən geri çəkilmək məcburiyyətində qalacaq.

 

Ərdoğan Suriyanın ərazi bütövlüyünün və suverenliyinin Türkiyə üçün önəmli olduğunu vurğulayıb.

 

Türkiyəli lider qonşu və bölgə ölkələrini Suriyanın bərpasına yardım etməyə də çağırıb.

 

APA

Tarix: 23 Dekabr 2024, 21:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin