BURADA REKLAMINIZ OLA
BİLƏR

Əcnəbiyə qarşı 500 minlik dələduzluq edən qadın hökmdən şikayətçidir

Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnaz Soltanovanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası dekabrın 25-nə təyin edilib.


Şikayət hakim Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılacaq.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Elnaz Soltanova barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalından həbs edilib.


Qeyd: Elnaz Soltanova əcnəbi vətəndaşı Abdullah Almatrouka 500 min manatlıq dələduzluq edib. Belə ki, o, həmin şəxsə mülk alınmasında ona yardımçı olacağı ilə bağlı yalan vəd verib.


Elnaz Soltanova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 

Kamal Məmmədov 

Tarix: 24 Dekabr 2024, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin