Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Qızını öldürmək istəyən ata apellyasiya şikayəti verdi

Bakı Apellyasiya Məhkəməsində qızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəfail Cavadovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.


Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hadisə bu ilin fevralında paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Rəfail Cavadov qısqanclıq zəminində qızı Rəna Cavadovanı 5 bıçaq zərbəsi ilə xəsarət yetirib.


Rəfail Cavadov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


Kamal Məmmədov 
 

Tarix: 24 Dekabr 2024, 11:09   
Xəbər lenti
Çox oxunanlar