BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qazprom” sədri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Pravda.az xəbər verir ki, təbrikdə deyilir:


"Hörmətli İlham Heydər oğlu.


Sizi doğum gününüz münasibətilə Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.


Sizə səmimi-qəlbdən cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə yeni böyük nailiyyətlər, ölkənizin inkişafı planlarının uğurla reallaşmasını arzulayıram".

Tarix: 24 Dekabr 2024, 16:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin