BURADA REKLAMINIZ OLA
BİLƏR

Şahbaz Şərif təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verdi

Pakistanın Baş naziri Şahbaz Şərif təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

 

Bu barədə Baş nazir sosial media hesabında paylaşım edib.

 

"Qazaxıstanın Aktau yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğraması xəbəri dərindən sarsıtdı. Bu hadisə nəticəsində həyatını itirənlərlə bağlı əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Fikirlərimiz mərhumların ailələri ilədir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Pakistan Azərbaycanın yanındadır", - Şahbaz Şərif bildirib.

Tarix: 25 Dekabr 2024, 13:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin